F.Gözəlov adına 124 saylı tam orta məktəbdə Kiçik Akademiyanın fəaliyyəti haqqında

     Məktəbimizdə fəaliyyət göstərən Kiçik Akademiya növbəti iclasını Təhsil Nazirliyinin 21 yanvar 2008-ci il tarixli, 63 nömrəli əmrinə əsasən təsdiq olunmuş Fəaliyyət Planında  qeyd edildiyi kimi 4 dekabr 2019-cu il tarixdə keçirdi. İclasın keçirilmə məqsədləri Kiçik Akademiyanın Prezidenti, təlim-tərbiyə işləri üzrə direktor müavini Qədirova Gülnar tərəfindən üzvlərə, Kafedra rəhbərlərinə elan edildi. Akademiyanın Prezidenti rəhbər və üzvlərə “kəşf” və “ixtira”nın xüsusiyyətlərini, bu terminlər arasındakı fərqi izah etdi, ixtiranın məlum 5 metodu haqqında məlumat verib, mahiyyəti izah etdi.

      İxtiranın təqdim olunma qaydaları Prezident tərəfindən işıqlandırıldı.Gənc tədqiqatçılarda motivasiyanın yaradılması müxtəlif yollarla izah olundu, “mümkün deyildir” ifadəsinin işlədilməməsi, hər bir halda yeniliyin mövcud ola biləcəyi ixtiraçı şagirdlərə aşılandı.

     Təhsilini başa vurmuş kafedra rəhbərlərinin yeni rəhbərlərlə əvəz olunması haqqında qəbul olunmuş qərara əsasən onların qarşıda görəcəkləri işləri haqqında məlumatlar diqqətinə çatdırıldı.

      Gənc tədqiqatçılara Prezident  tərəfindən  suallar ünvanlandı, onların müxtəlif yaradıcı fikirləri dinlənildi.

      Çıxış edən Biologiya müəllimi Seyidova Aytən VIII  sinif şagirdləri Abasquliyev Yalçın və Nəzər Müslümənin  “Plastik qablar tullantılarının ətraf mühitə təsiri”  barədə hazırladıqları məruzəni və bunun qarşısını almaq üçün irəli sürdükləri fikirləri Akademiya üzvlərinə elan etdi. Məruzə zamanı plastik tullantılara qarşı mübarizı aparmağın yolu kimi ödənişli zibil qablarının qoyulmasıfikri səsləndirildi.

      İclasın yekununda Prezident  tərəfindən şagirdlərə düşündürücü suallar ünvanlandı, onların fikirlərinin  növbəti iclasa kimi hazırlanması bildirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi