21 Fevral Ana Dili Günü

          21 Fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd edilir. 1999 – cu il ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən fevralın 21 – i Beynəlxalq Ana Dili Günü elan edilib.

          Bu məqsədlə 122 № li məktəbdə də bir sıra işlər görülmüşdür. V-IX sinif şagirdlərinin və məktəbin dil və ədəbiyyat müəllimi Fəridə Əliyevanın iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur.

          Dəyirmi masada Fəridə Əliyeva məruzə ilə çıxış etdi. Dilimizin tarixi haqqında məlumat verdi. Dilin hər bir millətin maddi və mənəvi irsini qoruyan və inkişaf etdirən ən mühüm və ən güclü vasitə olduğunu qeyd etdi.

          Beynəlxalq Ana Dili Günü ilə əlaqədar şagirdlərin əl işlərindən, divar qəzetlərindən ibarət sərgi təşkil olundu.

          Dilinizin tarixini əks etdirən, dilin millətin gələcəyində ən mühüm vasitə olduğunu vurğulayan şəkillərdən ibarət stend hazırlandı.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi