İnsan alverinə yox deyək

    İnsan alveri müasir dövrün ən aktual problemlərindən biridir. Bu mövzuda 122 №li məktəbdə bir sıra maarifləndirici işlər görülmüşdür. Yuxarı sinif şagirdlərinin iştirakı ilə dəyirmi masa keçirilmişdir. Məktəbin psixoloqu Rzayeva Xəyalə məruzə ilə çıxış elədi, şagirdlərə cinsi istismar, məcburi əmək, borca köləlik, uşaq əməyinin istismarı, “ev” köləliyi, dilənçilik, insanların silahlı qruplaşmalarda məcburi işlədilməsi, orqan transplantasiyası məqsədi ilə insan alveri və s.nin eyni cinayətin fərqli növləri olduğunu bildirdi.

            Bu barədə şagirdlərin də fikirləri dinlənildi. Məktəbdə insan alverinin mənfi nəticələrini əks etdirən stend hazırlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi