"Pambıq" mövzusunda " Dəyirmi masa"

Məktəbin Kimya müəllimi Könül Həsənova 16 Dekabr tarixində "Pambıq" mövzusunda vııı ci sinif sagirdləri ilə " Dəyirmi masa" keçirdi. İlk öncə müəllim pambıqçılığın tarixi haqqda şagirdllərə məlumat verdi.
Pambığın vətəni Hindistandır hələ e.a 3 min il əvvəl burada pambıq əkilirdi. Azərbaycanda pambıqçiligi inkişaf etdirmək üçün bir sıra tədbirlər həyata keçirdi. 1907 1911-ci illərdə Muğan və Mil düzlərində ümumi uzunluğu 500 km-ə çatan magistral və qol kanalları çəkildi. 50 min desyatin torpaq sahəsinə su çıxarıldı. Pambıq əkini sahələri genişləndi.Azərbaycanda pambıqa "ağ qızıl" deyilir. Azərbaycanda pambıqcılığın xıx əsrin əvvəlinə qədər olan vəziyyəti haqqda sagirdlərə məllumat verildi. Pambığın çiyidindən alınan yağ yemək məhsullarında işlədilir, ondan marqarin, qliserin, sabun, stearin, sürtkü yağları hazırlanır, tullantısı sellüloz, spirt, lak, linoleum, karton, kino plyonkası, izolyasiya materialları istehsalında istifadə olunduğunu bildirdi.
Sonra sagirdlərə müzakire aparıldı. Sagirdlərin pambıq haqqında topladığları məllumatlar dinlənildi.