“ Şərabçılıq “ mövzusunda Dəyirmi masa”

Məktəbin tarix müəllimi Sürayə Bayramova 10 dekabr tarixində “ Şərabçılıq “ mövzusunda yuxarı sinif çagirdləri ilə “Dəyirmi masa” keçirtdi. Ilk öncə müəllim üzümçülüklüyün və şərabşılığın qədim tarixi haqqında məlumat verdi.
Azərbaycanda üzümçülük — Azərbaycan Respublikasında üzümün istehsalı ilə məşğul olan kənd təsərrüfatı sahəsi.Azərbaycan xalqının təsərrüfat həyatında bağçılıqla yanaşı üzümcülük də mühümi rol oynamışdır. Əlverişli təbii-coğrafi şərait ta qədimlərdən bu ərazidə üzümçülüyün geniş inkişafına imkan yaratmış və bəzi bölgələrində bu təsərrüfat sahəsi əhalinin iqtisadi həyatında mühüm rol oynamışdır. Yabanı üzüm Azərbaycan meşələrinin çoxunda bitir. Ona görə də mədəni üzümün təşəkkülü və sonrakı inkişafını cır üzüm olan yerlərlə əlaqələndirmək daha düzgün olardı. Üzümçülüyün Azərbaycanda qədim tarixi olmasını gostərən qiymətli materiallardan biri də Xanlar rayonu yaxınlığında e.ə. II minilliyin sonu və I minilliyin əvvəllərinə aid olan qədim yaşayış yerinin 118 №-li binasında iri təsərrüfat küpünün içindən tapılan üzüm tumlarıdır. Bu tumlar da ən qədim növlərdən sayılan Vitis Vinifera növünə aiddir. Bu iri küpdən tapılan üzüm tumları bu ərazidə təkcə üzümçülüyün deyil, həm də şərabçılığın varlığına işarədir. Bu baxımdan Xanlar rayonu ətrafında e.ə. II minilliyin sonu və I minilliyin əvvəllərinə aid bir kurqandan tapılan qara küpün icərisindən üzüm tumları ilə yanaşı, şərab qalığı cöküntülərinin tapılması müstəsna əhəmiyyət kəsb edir.
Sonra məkbəblilərlə müzakirələr aparıldı. Şagirdlər üzümçülük və şərabşılıq haqqında topladıqları məlumatlar dinlənildi