“Azərbaycanda çəltiyin inkişafı ”

8 dekabr 2021-ci il tarixində məktəbin fizika müəllimi Rəhimə Əşrəfova tərəfindən VII- VIII sinif şagirdləri ilə “Azərbaycanda çəltiyin inkişafı” mövzusunda dəyirmi masa təşkil edildi. Dəyirmi masada Azərbaycanda çəltiyin qədim zamanlardan becərildiyi, əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, yem və texniki məqsədlər üçün geniş istifadə olunduğu qeyd olundu. Eyni zamanda son illər ölkəmizdə çəltik məhsuldarlığının ötən illərlə müqayisədə 3-4 dəfə artdığı və çəltik əkinçiliyinin əsasən Lənkəran–Astara, Mərkəzi Aran, Mil–Muğan və Şirvan–Salyan iqtisadi rayonlarında aparıldığı haqda məlumatlar verildi. Şagirdlər apardıqları araşdırmalar haqqında fikirlərini bildirdilər.