"Qazilərlə görüş"

07.12.2021-cinil tarixində  "Qazilərlə görüş" başlığı altında tədbir keçirildi. Tədbirdə məktəbin təşkilatçısı E.Kərimova, Uşaq Birliyi Rəhbəri S.Əliyeva, Psixoloq S.Rzayeva  məzun qazilər və həmin qazilərin sinif rəhbərləri yuxarı sinif şagirdləri və qonaqlar  iştirak edirdi. Çox qürurverci fərəh hissi ilə vurğulamaq lazımdır ki, bu qəhrəman oğulları parta arxasında gələcək həyata məhs bizim kimi müəllimlər tərbiyə edib təhsil verib. 44 günlük vətən müharibəsi dövründə canlarını fəda edən qazilər ağır və şərəfli müharibə həyatından danışdılar. Böyük hörmət və ehtiramla onları dinləyən gələcək nəslin davamçıları bir birindən maraqlı  qazilərimizə suallar yönləndirirdilər. Maraqli görüşün sonunda məktəb rəhbərliyi tərəfindən hazırlanmış fəxri fərman  qazilərimizə təqdim olundu. Xatirə şəkilləri çəkdirdikdən sonra qazilər doğma məktəbin pedaqoji heyətinə öz təşəkkürünü bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi