“Aşıq Ələsgər və Azərbaycan folkloru”

  27 noyabr 2021-ci il tarixində Azərbaycan dili və Ədəbiyyat müəllimi Ələkbərova Səmral 9a sinfi ilə “Aşıq Ələsgər və Azərbaycan folkloru”mövzusuna dair dəyirmi masa keçirmişdir. Dəyirmi masada Aşıq Ələsgərin həyat və fəaliyyətindən, Azərbaycan Aşıq Ədəbiyyatındakı mövqeyindən danışılıb. Aşığın şeirləri, onun ədəbiyyatımıza bəxş etdiyi ədəbi nümunələr haqqında toplanmış materiallar şagirdlər tərəfindən təqdim olunmuşdur. Aşığın yaratdığı aşıq şeirləri, yeni janrlar şagirdlərdə maraq oyadıb. Şagirdlər həmin şeirləri maraqla ifa ediblər. Aşığın qoşmaları, təcnisləri, divaniləri, müxəmməsləri, gəraylıları, bağlamaları, deyişmələri haqqında geniş və dolğun məlumat verilmişdir Aşığın “Düşdü” rədifli qoşması şagirdlər tərəfindən böyük marağa səbəb olmuşdur.

Çərşənbə günündə çeşmə başında

Gözüm bir alagöz xanıma düşdü.

Atdı müjgan oxun, keçdi sinəmdən

Cadu qəmzələri canıma düşdü.

 

İşarət eylədim dərdimi bildi,

Gördüm həm gözəldi, həm əhli-dildi,

Başını buladı, gözündən güldü,

Güləndə qaydası canıma düşdü.

 

Dedim Ələsgərəm, hər elmdən haqlıyam,

Gözəl, sən təbibsən, mən yaralıya,

Dedi nişanlıyam, özgə malıyam,

Sındı qol-qanadım yanıma düşdü.

  Aşıq Ələsgərin yaratdığı bədii təsvir və ifadə vasitələri, xalq danışıq dilinə  yaxın ifadə və ibarələri, sənətkarlığı şagirdlər tərəfindən yüksək dəyərləndirildi. Aşığın aşağıda verilmiş “Çata-çat” dodaqdəyməzi isə  şagirdlərin böyük marağına səbəb oldu.

 Qışda dağlar ağ geyinər, yaz qara.

  Sağ dəstinlə ağ kağıza yaz qara.

  Əsər yellər, qəhr eylər yaz qara,

  Daşar çaylar, gələr daşlar çata-çat.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi