9 Noyabr "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü"

    Azərbaycan Respublikasının rəsmi simvollarından (himn və gerblə birlikdə) biri olan bayraq ilk dəfə 9 noyabr 1918-ci ildə müsəlman şərqində ilk demokratik Respublika olan Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurası tərəfindən təsdiq edilmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən dövlət bayrağını bərpa etmişdir.
    Azərbaycan Respublikasının dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan (yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir) ibarətdir. Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın göy rəngi türkçülüyü, qırmızı müasir azadlıq ideologiyasını, yaşıl rəng isə İslamı tərənnüm edir.
    Hər il olduğu kimi, bu il də 120 nömrəli tam orta məktəb tərəfindən 
9 Noyabr "Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü" ilə əlaqədar tədbir təşkil olundu. Ölkəmizin pandemiya dövründə və müharibə şəraitində olmağına baxmayaraq 08.11.2020-ci il  tarixdə 120 nömrəli tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Əliyeva Dilarənin təşkilatçılığı ilə 2-ci siniflər arasında onlayn şeir müsabiqəsi təşkil olundu.
    Bu onlayn müsabiqədə iştirakçı siniflər - 2 "A", 2 "B", 2 "C", 2 "Ç", 2 "D" və həmin siniflərinin sinif rəhbərləri - Məmmədova Umnisə, Abdulova Rəsmiyyə, Bağırova Nadirə, İsayeva Səbinə və Məmmədova Mehriban öz fəaliyyətlərini davam etdirərək xüsusi fəallıq göstərdilər. Tədbir zamanı onlar şagirdlərə bu bayram günü ilə əlaqədar məlumatlar verdilər.
    Daha sonra məktəb rəhbərliyi tərəfindən  qalib şagirdlər müəyyənləşdirildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi