5 "Ç" sinif şagirdi Hüseynzadə Aysu

        Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən 7 may - 1 iyun tarixində keçirilmiş uşaq və gənclərin "Üç Alov" adlı Beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalında N.Yaqubov adına 120 nömrəli tam orta məktəbin 5 "Ç" sinif şagirdi Hüseynzadə Aysu iştirak etmiş və onun adı folklor rəqs üzrə qaliblər sırasında qeyd olunmuşdur.Qeyd edək ki, festivalın elektron ünvanına 1700-ə yaxın ərizə və videoçarx göndərilmişdir.Məktəblimiz 9-11 yaşlı uşaqlar arasında folklor rəqs üzrə qalib olduğu üçün "Üç Alov" festivalının diplomu ilə təltif olunmuşdur.
      Məktəbin musiqi müəllimi Əliyeva Sahibənin xüsusi karantin rejimi dövründə şagirdin onlayn şəkildə festivala cəlb olunmasında böyük rolu olmuşdur.
       https://www.facebook.com/rugim.az/posts/2629368674011750?__tn__=K-R
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi