Növbəti dərsdinləmə 10 “A” və 5 “D” siniflərində aparıldı

        02.03.2020-ci il tarixdə 120 nömrəli tam orta məktəbin 10 “A” sinfində məktəbin Fizika müəllimi Gülnaz Zeynalovanın dərsi dinlənildi.

Dərsin mövzusu “Rəqslərin elastiki mühitdə yayılması. Mexaniki dalğa”.

Dərsdə Mexaniki və istilik hadisələrinin qanunauyğunluqları şərh edildi. Dalğa anlayışının fiziki mahiyyəti, mexaniki dalğaların növü fərqləndirildi.

Dərsin möhkəmləndirmə mərhələsində kəmiyyət xarakterli məsələlər həll olundu.

       Daha sonra məktəbin Fizika müəllimi Türkel Sarıməmmədovanın 5 “D” sinfində Həyat bilgisi dərsi dinlənildi.

Mövzu: Günəş sistemində baş verən hadisələrin sirri.

Dərsdə müəllim tərəfindən verilən tapşırıqlar şagirdlərin potensial imkanlarına uyğun idi.

Şagirdlərdə əməkdaşlıq bacarığının formalaşdırılması məqsədi ilə əlverişli forma və üsullardan istifadə olundu. Dərsin sonunda təlim-tərbiyə işləri üzrə direktor müavini Xəyalə Əzizova tərəfindən gənc müəllimə bir sıra tövsiyələr verildi.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi