"Ümumdünya Mülki Müdafiə günü"nə həsr olunmuş nümunəvi dərs

      "Mülki müdafiə və hər evdə ilk yardım edən" mövzusu altında 28 fevral 2020-ci il tarixdə "Ümumdünya MM günü"nə həsr olunmuş nümunəvi dərs keçirildi. Dərs məktəbin hərbi rəhbəri Azər Sadıqov tərəfindən təşkil olundu. Şagirdlər Mülki müdafiə ilə bağlı məlumatlandırılaraq, yanğın və zəlzələ zamanı davranış qaydaları haqqında təlimatlandırıldılar. Sonda məktəbin Mülki müdafiə üzrə qərargah rəisi Xəyalə Əzizova şagirdlərə "Ümumdünya MM günü" nə həsr olunmuş tədbirlər planı ilə bağlı görülən işlər haqqında məlumat verərək məktəbin Çağırışaqədərki hazırlıq fənni üzrə müəllim Azər Sadıqova maarifləndirici nümunəvi dərsə görə xüsusi minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi