Dəyirmi masa

      27.02.2020-ci il tarixdə məktəbin kitabxanasında Zirə qəsəbəsinin görkəmli şəxsiyyəti filologiya elmləri doktoru, alim, şərqşünas Xəlil Mömin oğlu Hüseynovun vəfatının 10-cu ildönümünə həsr olunmuş “Dəyirmi masa” təşkil olundu.

     “Dəyirmi masa”da məktəbin müəllimləri Namik Quliyev, Tahirə Qasımova, Gülnarə Heybətova, Dilarə Quliyeva, Xanım Quliyeva, Xəyalə Əzizova, Sahibə Əliyeva iştirak etdilər.

     Dəyirmi masa arxasında oturmuş X sinif şagirdlərinə vaxtında alimlə birlikdə çalışmış müəllimlər maraqlı məlumatlar çatdırdılar. Şagirdlər müəllimləri həvəslə dinlədilər. Xəlil Hüseynovun elmi tədqiqat işlərindən olan Nizami Gəncəvinin “Sirlər Xəzinəsi”, Məhsəti Gəncəvinin həyat yaradıcıllığı müzakirə olundu. Gənc nəslin tərbiyəsində, əhalinin maarifləndirilməsində rolu qeyd olundu. Şagirdlərə alimin yaradıcılığını ətraflı öyrənmək tövsiyyə olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi