Məktəbin tədbirlər planına əsasən şagirdlərlə "Pis Vərdişlərdən Qorunma Yolları" mövzusunda seminar keçilmişir.
Məktəbin tədbirlər planına əsasən tərbiyə işləri üzrə direktor müavini Cəfərzadə Cavid Əli oğlunun təşkilatçılığı ilə 8-C sinfində "Pis Vərdişlərdən Qorunmağın Yolları" mövzusunda seminar keçirilmişdir. Seminarda narkotik vasitələrin, son dövrlərdə "Patı", "Şüşə" kimi tanınan zərərli vərdişin fəsadlarından söhbətlər edilmiş, ətrafdakı həmyaşıdlarını qorumağın yolları izah olunmuşdur. Sual-cavab edilmiş, şagirdlərin fikirləri dinlənilmişdir.
Ümumiyyətlə Tədris-təlim proqramlarına narkomanlığın sağlamlığa mənfi təsiri ilə bağlı mövzular daxil edilməsi xüsusilə yeniyetmələrdə öz təsirini göstərir onların pis vərdişlərdən yayınmasını təmin edə bilir. Təbii ki, bu kimi tədbirlərin təşkilində Bakı şəhəri üzrə Baş Təhsil İdarəsinin rolunu xüsusi qeyd etmək lazımdır. Məktəblilər və yeniyetmələr arasında cinayətkarlığın, mənfi meyilli amillərin qarşısını almaq məqsədilə ümumtəhsil məktəblərində təşkil olunan tədbirlərdə, dəyirmi masalarda narkomaniyanın bəşəriyyət üçün böyük faciə olduğunu özündə əks etdirən mövzular ətrafında geniş fikir mübadiləsi aparılır, orta məktəblərdə inşa yazı və rəsm müsabiqələri təşkil olunur, gənclərin bu təhlükəli cinayətlə bağlı fikir və mülahizələri öyrənilir. Keçirilən tədbirlər üçün seçilən mövzular da olduqca önəmlidir. Çağırış xarakterli mövzular narkomaniyanın bir bəla olduğunu gənclərə daha əsaslı şəkildə çatdırmağa stimul verir. “Narkomaniya və müasir gənclik”, “Narkomaniya cəmiyyətin qəddar düşmənidir”, “Narkomaniyaya qarşı hamılıqla mübarizə”, “Narkomaniya nədir?”, “Zərərli vərdişlərə yox deyirik”, “Narkomaniyaya qarşı mübarizə və sağlam həyat” devizi altında təşkil olunan tədbirlər maarifləndirmə işinin yüksək səviyyədə qurulmasına öz müsbət təsirini göstərir.