Soyqırım günü

Aprelin 1 – i  ibtidai sinif müəllimləri Sara Xəlilova və Aynurə Əliyeva tərəfindən 31 Mart- Soyqırım gününə həsr olunmuş IV sinif şagirdlərinin iştirakı ilə dərs  keçirilib. Tədbir Dövlət himninin səslənməsi ilə başlayıb. Əvvəlcə müəllimlər bu hadisələr haqqında şagirdlərə ümumi məlumat verib. Daha sonra şagirdlər soyqırıma həsr olunmuş şeir və ağılar ifa etdilər.Bu soyqırım Azərbaycan xalqı və dövlətçiliyinin tarixində baş vermiş faciəli hadisələrə milli yaddaşın təzahürüdür.  Azərbaycanlıların kütləvi surətdə qırğını, repressiyalara məruz qalması, doğma yurdlarından sürgün edilməsi və didərgin salınması XX əsr tarixinin ən faciəli və dəhşətli səhifələrindəndir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi