Son Zəng

14.06.2018-ci il tarixdə Bakı şəhər Xəzər rayonu S.Abbasov adına 117  nömrəli tam orta məktəbdə " Son zəng " tədbiri keçirildi.Tədbirdə məktəbin şagirdləri və məzunlar müxtəlif rəqs , mahnı və şeirlərlə çıxış etdilər. Əvvəlcə Azərbaycan bayrağı təntənəli şəkildə gətirildi.Azərbaycan himni ilə başlayan tədbirdə məktəbimizin direktoru Elvin Səlimov , direktor müavinləri , müəllimlər , qonaqlar və valideynlər şagirdləri təbrik etdilər. Eyni zamanda məktəbin keçmiş direktoru Əlisa müəllim fəxri qonaq qismində iştirak eirdi. Tədbirin sonunda məktəbimizin fəxri məzunu 11b sinif şagirdi Elmar Kərimov simvolik    " Bilik açarı " nı 10b sinif şagirdi Azərin Abdullayevaya təqdim etdi. Tədbir birinci sinif şagirdlərinin çaldığı zəng sədaları ilə yekunlaşdı. Biz də Azərbaycanın  bütün məzunlarını təbrik edirik. Vətənimiz üçün xeyirli vətəndaşlar olsunlar. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi