Dünənin, bu günün şəhidləri..

Azərbaycan Respublikası təhsil nazirinin “20 Yanvar faciəsinin otuz birinci ildönümü ilə bağlı Təhsil Nazirliyinin Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında 14 yanvar 2021-ci il tarixli, F-05/01 nömrəli əmrinin icrasını təmin etmək məqsədi ilə 20 yanvar tarixində zoom proqramı vasitəsi ilə "Dünənin , bu günün şəhidləri "adlı virtual tədbir keçirilmişdir. Tədbir tərbiyə işləri üzrə direktor müavini Şölə Rzayevanın təşəbbüsü ilə təşkil olunmuş, məktəbin 8a və 8d sinifləri, müəllim heyəti iştirak etmişdir. Şölə Rzayeva 20 Yanvar faciəsinin tarixi rolunu və bu günki müstəqil Azərbaycan üçün atılmış ilk addım olduğunu vurğuladı. Tədbirdə qonaq qismində çıxış edən II Qarabağ Müharibəsinin iştirakçıları 326 nömrəli tam orta məktəbin hərbi müəllimi mayor Şahin Hüseynov, Əziz Teymurzadə, Zamin Cabbarov, Ceyhun Məhəmmədzadə, Murad Əziz, Zülfiqar Mənsurov döyüş yollarından, qazanılan uğurlardan söhbət açdılar. Şagirdləri maraqlandıran suallara ətraflı və dolğun şəkildə məlumat verdilər. Sonda çıxış edən məktəbin hərbi rəhbəri Natiq Qənbərov belə tədbirlərin şagirdlərdə vətənpərvərlik hisslərinin aşılanmasında, ruh yükşəkliyinin artmasında əvəzsiz rolunu qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi