"Diaqnostik imtahan"

    Azərbaycan Respublikası Təhsil Nazirliyi  tərəfindən oktyabr ayının 19-da şagirdlərin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, Azərbaycan dili, riyaziyyat və xarici dil (əsas xarici dil) fənləri üzrə təlim nəticələrinin artırılması, eyni zamanda, məktəb özünüqiymətləndirmənin formalaşdırılması məqsədilə ümumtəhsil məktəblərində Azərbaycan dili, riyaziyyat və xarici dil fənləri  üzrə  diaqnostik imtahan təşkil edildi. Əvvəlcədən məktəbdaxili komissiya təşkil edildi və imtahan nəzarətçiləri təyin edilərək imtahana cəlb edildi. Diaqnostik qiymətləndirmə məktəbimizdə  saat 10:00-da başlanılıldı. 10:30 - da sual kitabçaları paylanıldı və sualların cavablandırılması üçün 180 dəqiqə vaxt verildi. Başlama və bitmə vaxtı lövhədə qeyd olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi