"Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi"

    21.04.2019-cu il tarixində " Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi " keçirildi. Müsabiqənin keçirilməsində əsas məqsəd şagirdlərin riyaziyyat fənninə olan marağını artırmaq, onları motivasiya etmək, qeyri - standart suallarla məntiqi təfəkkürlərinin inkişafını təmin etmək, onların riyaziyyat biliyini beynəlxalq səviyyədə qiymətləndirməkdir. Məktəbimizdə keçirilən Kenquru riyaziyyat müsabiqəsində daha çox az yaşlı şagirdlərin iştirak edəcəyini nəzərə alaraq nəzarətçi qismində ibtidai sinif müəllimləri cəlb edildi. Hər bir sinifdə 24 nəfər olmaqla siniflər komplektləşdirildi. Rəhbərliyin ciddi nəzarəti altında yüksək səviyyədə keçirilən " Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi " 10.00-da başladı, 11.30-da sona çatdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi