Məktəbdaxili "Bilik yarışı"

 2017-2018-ci dərs ili ölkənin ümumi təhsil müəssisələrində  “Təhsildə keyfiyyət ili elan edilməsi barədə ” Azərbaycan Respublikası  Təhsil nazirinin  28 avqust  2017-ci il  261№ li əmrinə əsasən  məktəbimizdə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədi ilə bir sıra tədbirlər həyata keçirilir. Belə tədbirlərdən biri də məktəbimizdə 17.11.2017-ci il tarixdə V-XI sinif şagirdləri arasında  bilik yarışı keçirilməsidir. Əvvəlki tədris illəri ilə müqayisədə bu ilki bilik yarışmasında test tapşırıqlarının variantları çoxaldılmış, daha çox şagirdlər bilik yarışmasına cəlb edilmişdir. Bu yarışda bütün pedaqoji kollektiv yaxından iştirak etmiş və şagirdlərdə bilik yarışmasına böyük maraq aşılamışdır. Bilik yarışmasına saat 10:00-da start verilmiş və 12:00-da yekunlaşmışdır.  Elə həmin gün test tapşırıqları müəllimlər tərəfindən yoxlanılmış, şagirdlərin bilik səviyyələri qiymətləndirilmişdir.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi