Narkomaniya ilə bağlı məlumatlandırma xarakterli görüş keçirildi

Məktəbdə Xətai RPİ-nin rəisi polis polkovniki Vaqif Müslümovun, Xətai RPİ-nin şəxsi heyyətlə iş üzrə rəis köməkçisi polis polkovnik-leytenantı İdris Məhərrəmovun və Bakı şəhəri Narkoloji Dispanserin həkim-narkoloqu Günay Əsgərovanın iştirakı ilə 9,10,11-ci siniflərlə narkomaniya ilə bağlı məlumatlandırma xarakterli görüş keçirilib. Görüşün keçirilməsində məqsəd gəncləri narkomaniyanın acı nəticələrinə, onun insana, bütövlükdə cəmiyyətə vurduğu faciəvi zərər və ona qarşı mübarizə üsullarına dair maarifləndirməkdir.