Məktəbin şagirdləri Kövsər Qurban və İnci Qurban bacılarının uğuru

Məktəbin 5ç sinif şagirdi Qurban Kövsər və 2a sinif şagirdi Qurban İnci bacıları II Beynəlxalq Turan Film Festivalında

Şagirdlərimiz Türkiyənin İzmir şəhərində keçirilən II Beynəlxalq Turan Film Festivalında mükafata layiq görülüblər.

Belə ki, 3 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin dərnək üzvləri olan məktəbin şagirdləri 10 yaşlı Kövsər Qurban və 7 yaşlı İnci Qurban “Özəl prestij mükafatları-Gənc istedad mükafatı”na layiq görülüb və "Qızıl alma" kuboku ilə təltif ediliblər. Şagirdlərin hazırladıqları qısametrajlı animasiya filmləri ilə türkdilli ölkələr arasında festivalın yeganə kiçik yaşlı qalibləridir.

Qeyd edək ki, II Beynəlxalq Turan Film Festivalına 80 ölkədən 1 675 film göndərilib. 11 film mükafata layiq görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi