“Mən kiməm” oyunu keçirildi

Bu gün yay məktəbində tarix müəllimi Günel Orucova şagirdlər arasında “Mən kiməm” oyununu keçirdi. Oyunun qaydalarına əsasən şagirdlər lövhəyə çıxan yoldaşına görkəmli şəxsiyyətlərin gördüyü işləri, yaratdığı əsərləri sadalamaqla həmin şəxsiyyəti tapmaqda yardımçı olmalıdır. (Qeyd edək ki, lövhəyə çıxan şagird həmin şəxsiyyətləri görmür). Oyun bu qayda əsasında davam etdi. Sonda qalib gələn şagirdlər mükafatlandırıldı.