" Günəşin doğmadığı gün" adlı rəsm müsabiqəsi

Azərbaycan xalqının tarixinə yazılmış "20 Yanvar" qanlı faciə olmaqla yanaşı istiqlal yolumuzun ilk zirvəsi, azadlıq istəyimizin ilk oyanış günüdür.Həmin tarixdən artıq 31 il ötür. Bu gün biz bu tarixi qalib bir xalq olaraq qürurla qeyd edirik. Vətən uğrunda öz canını fəda edən şəhidlərimizin xatirəsini dərin  ehtiramla anıb, "Böyük qayıdış"ımızın sevinci ilə qürurlanırıq.BŞTİ-nin göndərdiyi  20 Yanvar faciəsinin 31illiyinə həsr olunmuş tədbirlər planı əsasında məktəbimizin şagirdləri arasında "Günəşin doğmadığı gün" adlı rəsm müsabiqəsi keçirilmişdir.Çəkilən hər bir rəsm əsəri şagirdlərimizin vətənpərvərlik ruhunun təcəssümüdür.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi