"Xocalı harayı" tədbiri

  Bu gün məktəbdə Xocalı soyqırımının 28 ci ildönümünə həsr olunmuş "Xocalı harayı" adlı tədbir keçirilib. Tədbirdə məktəbin direktoru Gülnaz Kərimova, "Xocalı Soyqırımını Tanıtma" ictimai birliyinin sədri, müharibə veteranı, tanınmış jurnalist  Şamil Sabiroğlu, Xocalı sakini, 8 gün erməni əsirliyində olmuş Hüseynağa Quliyev, məktəbin müəllim və şagird heyəti  iştirak edib. 

     Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Sonra Xocalı faciəsinin qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcıları Rəvan Kərimov və Güllü Pənahova Xocalı soyqırımı haqqında ümumi məlumat verdilər. Məktəbin direktoru Gülnaz Kərimova Xocalı soyqırımı barəsində həqiqətləri danışmaq üçün sözü Şamil Sabiroğluna verdi. Müharibə veteranı, jurnalist Şamil Sabiroğlu faciəni ürək ağrısı ilə tədbir iştirakçılarının nəzərinə çatdırdı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi