Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi

İyulun 17-də Respublika fənn olimpiadaları qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Məktəbimizin məzunu Abdullayev Məhəmməd Abdul oğlu gümüş medalla təltif olundu.
Tədbirdə çıxış edən təhsil naziri Emin Əmrullayev qalibləri təbrik edərək istedadlı uşaqlarla iş sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. Şagirdlərimizin olimpiada nailiyyətlərinin tarixindən danışan Emin Əmrullayev digər ölkələrdə innovativ sahələr üzrə keçirilən yarışların ölkəmizdə də təşkilinin vacibliyinə toxunub.
Emin Əmrullayev çıxışının sonunda olimpiadanın təşkilində dəstək olan hər kəsə təşəkkür edib, bütün qalibləri bir daha təbrik edib və onlara uğurlar arzulayıb.
Qeyd edək ki, olimpiadaların təşkil edilməsində məqsəd istedadlı uşaqların aşkar edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasından ibarətdir.
#TəhsilNazirliyi #EduAz #TəhsilNaziri #EminƏmrullayev #Olimpiada