Respublika Fənn Olimpiadasının III yer sahibi

Məktəbimizin 11c sinif şagirdi Məhəmməd Abdullayev Abdul oğlu coğrafiya fənni üzrə Respublika Fənn Olimpiadasının final mərhələsində müvəffəqiyyətlə iştirak etmiş və 3-cü yer tutaraq bürünc medal qazanmışdır.
Bizə bu sevinci yaşatdığı üçün Məhəmmədə, onun valideynlərinə, müəllimlərinə, məktəb kollektivimizə təşəkkürümüzü bildiririk.
Təbrik edirik, Məhəmməd. Uğurların daim olsun.