Transformatora baxış keçirildi

Transformatora baxış keçirildi Məktəb rəhbərliyinin çağırışına əsasən Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələlərini tənzimləmə Agentliyi müfəttişi Fikrət Abbas oğlu Məmmədov və Azərişıq ASC-nin nümayəndəsi Azər Cəfərov məktəbə gəlmişlər. Məqsəd məktəb ərazisində yerləşən yüksək gərginlikli transformatorun işlək vəziyyətdə və təhlükəsizlik qaydalarına riayət olunub - olunmamasını öyrənmək idi. Transformatora baxış keçirildi. Mütəxəsislər bildirdilər ki, transformator təhlükəsizlik qaydalarına uyğun olaraq istismardadır və həyat üçün heç bir təhlükə yaratmır. Göstərdikləri xidmətə görə Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji məsələlərini tənzimləmə Agentliyinə dərin minnətdarlığımızı bildiririk.