BŞTİ rəhbərliyi əyani tədris prosesinin gedişini izləyib

Fevralın 1-də Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində ibtidai siniflər və məktəbəhazırlıq qrupları üzrə ənənəvi təhsilə start verilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva məktəbmizdə əyani tədris prosesinin gedişini izləyib.
Məktəbdə ibtidai siniflərdə əyani təhsil həftədə 3 dəfə, məktəbəhazırlıq qruplarda isə həftədə 2 dəfə təşkil olunur.
Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar təhsil müəssisələrinə daxil olan zaman müəllim və şagirdlərin hərarəti ölçülür, şagirdlər arasında sosial məsafənin qorunması təmin olunur.