Lütfi Zadə adına məntiq olimpiadasında III yerin qalibi

Lütfi Zadə adına məktəblilərarası 5-ci məntiq olimpiadasının final turunun nəticələri açıqlandı. Finalda ümumilikdə 35 məktəbli qalib olub. 81 bal və yuxarı nəticə göstərən 5 nəfər I, 80 bal toplayan 10 nəfər II, 71 baldan 80 baladək nəticə əldə edən 20 nəfər isə III yerin sahibi oldu.

Olimpiada qalibləri Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən diplom və qiymətli hədiyyələrlə mükafatlandırılacaq. 

 Məktəbimizin 7a sinif şagirdi Seyidova Zərifə Fuad qızı Olimpiadanın final mərhələsində 75 bal toplayaraq III yerə layiq görülüb. Zərifə qızımızı təbrik edir, ona gələcək təhsilində uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi