Qış onlayn - kvesti

                Alqoritmka Beynəlxalq Riyaziyyat və Proqramlaşdırma məktəbi tərəfindən Beynəlxalq müsabiqə keçirilmişdir. Bu müsabiqə Qış onlayn - kvesti adlanır  və 8-15 yaş arası şagirdlər üçün təşkil olunmuşdur. Bu müsabiqədə iştirak etmək üçün şagirdlər birlikdə komanda yaratmalıdırlar. Komanda üzvləri ayrı ayrılıqda riyaziyyat və proqramlaşdırmaya aid tapşırıqları yerinə yetirərək, Şaxta babanın komandasına kömək edir. Müsabiqədə əsas məqsəd kvestin mümkün qədər çox tapşırığını doğru yerinə yetirməkdən ibarətdir. Ən çox tapşırıq yerinə yetirən komanda və onun üzvləri qalib gələcək. Bakı şəhəri Binəqədi rayonu 115 nömrəli tam orta məktəbin 6ç sinif şagirdləri kiçik yaş qrupunda Siçan komandasının tərkibində iştirak edərək yer tutduqlarına görə diplomlarla təltif edilmişlər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi