Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasının I mərhələsi keçirildi

            20.12.2020-ci il tarixində Paytaxt məktəbliləri arasında Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadasının I mərhələsi keçirildi.

Olimpiadanın əsas məqsədi şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onların həvəsləndirilməsi və elmə olan marağının artırılmasından ibarətdir.

BŞTİ-nin təşkilatçılığı ilə keçirilən olimpiadada ümumtəhsil məktəblərinin V-VI sinif şagirdləri iştirak etdilər.

Olimpiada zamanı şagirdlərə xas olan riyazi, bədii, mücərrəd və verbal məntiqi təfəkkürün qiymətləndirilməsi nəzərdə tutulur.

İki mərhələdən ibarət olimpiadanın hər mərhələsində 25 test sualının cavablandırılması üçün şagirdlərə 1 saat yarım vaxt (90 dəqiqə) ayrıldı.

Yarışmada məktəbimizin VI-VII sinif şagirdləri iştirak etdilər. Hər birinə uğurlar arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi