Əsgərə məktub

Məktəbimizin 1C sinif şagirdi Ayvazova Zəhra azyaşlı olmağına baxmayaraq Vətən eşqi ilə döyünən bir ürəyə sahibdir. Vətəninə olan sevgisi onu Azərbaycanın mərd, qəhrəman əsgərlərinə məktub yazmağa şövq edib. Zəhra əsgərlərimizi qələbə zəfəri ilə təbrik edib.
O bu məktubu ilə əsgərlərimizə bir daha sübut etdi ki, kiçikdən böyüyə qədər bütün Azərbaycan xalqı güclü və müzəffər ordumuzun daim yanındadır.
Zəhra balamız ailəsi ilə birlikdə əsgərlərimizə məktubla yanaşı sovqat payı da göndərib.
Qarşılığında əsgərlərimiz Zəhraya minnətdarlığını bildirib.