HEYDƏR ƏLİYEVİN ANIM GÜNÜNƏ HƏSR OLUNMUŞ SİNİF TƏŞKİLAT SAATI KEÇİRİLDİ

A.Məmmədov adına 115nömrəli tam orta məktəbin Tərbiyə işləri üzrə direktor müavini Təranə Vəliyevanın təşkilatçılığı ilə 8b,7a və 6d siniflərində sinif rəhbərləri Əliyeva Könül, Əliyeva Aynaxanım, Səfərova Könülün iştirakı ilə Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş sinif təşkilat saatı keçirildi. Şagirdlər Ulu Öndərin xatirəsini 1dəqiqəlik sükutla yad etdikdən sonra Ümummilli Liderin həyat və fəaliyyəti haqqında müzakirələr apardılar və şeirlər söylədilər.