113 saylı "Məktəbdə tədrisin yoxlanılması monitorinqi" keçirildi
Məktəbdə tədrisin yoxlanılması məqsədilə,məktəb rəhbərliyi 1-ci siniflərdə monitorinq keçirdi. Monitorinq keçirmək üçün məktəb direktoru Qasımov Rövşən ,təlim tərbiyə işləri üzrə direktor müavini Qiyasov Kifayət və 1- ci sinif müəllimi Abbasova Xəyalə müəllimdən ibarət komissiya yaradılmışdır.Monitorinqin məqsədi 1-ci siniflərin oxu vərdişlərinə necə yiyələnməsini aşkar etmək idi.Şagirdlərimiz 1 dəqiqə ərzində 25 sözdən ibarət mətn oxumalı idi . 1A sinifində B. Sadiq - 18 saniyəyə və 1B sinifində M.Həqiqət -14 saniyəyə bu mətni oxudu. Digər nəticələrdə müəllimlərlə birlikdə müzakirə ediləcək.