"Vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin əhəmiyyəti" mövzusunda seminar təşkil olunub
Təhsil Nazirliyinin 2020-2021-ci tədris ili üçün Fəaliyyət Planının 4-cü bəndində göstərilən "Vətəndaşlıq mövqeyinin formalaşmasında mənəvi və fiziki sağlamlıq amilinin əhəmiyyətinin təbliği" mövzusunda seminar təşkil olunub. Seminar məktəbin fiziki tərbiyə müəllimi C.Yolçiyev tərəfindən həyara keçirilib. Seminarda şagirdlərə mənəvi və fiziki sağlamlıq, həmçinin bioloji, sosial, şəxsi sağlamlığın əhəmiyyətindən söhbət açıldı. Vətən müharibəsində qazanılmış qələbənin mənəvi və fiziki sağlamlığın nəticəsi olduğu şagirdlərin diqqətinə çatdırıldı. Ulu Öndər Heydər Əliyevin fiziki tərbiyəyə xüsusi qayğısı və Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində qazanılmış qələbələr şagirdlərə örnək göstərildi.