Əhmədiyyə Cəbrayılova həsr olunmuş seminar keçirilib

Məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ş.Məmmədovanın təşkilatçılığı ilə əfsanəvi qəhrəman Əhmədiyyə Cəbrayılovun 100 illik yubileyi münasibətilə seminar keçirilib. 9ə sinif şagirdlərinin iştirakı ilə videokonfrans formatında keçirilən seminarda Ş.Məmmədova qəhrəmanın həyat yolundan danışmış, göstərdiyi qəhrəmanlıqlardan misallar gətirmişdir. Seminarın sonunda şagirdlər mövzu ətrafında müzakirə aparmışlar.