“Qarabağ mədəniyyəti, incəsənəti və ədəbiyyatı” adlı konfrans keçirilib

“Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında” Təhsil Nazirliyinin 2020/2021-ci tədris ili üçün Fəaliyyət Planının icrası ilə əlaqədar məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Tağı Tağıyev 8 ci sinif şagirdləri ilə videokonfrans formatında açıq dərs keçmişdir. “Qarabağ mədəniyyəti, incəsənəti və ədəbiyyatı” mövzusunda təşkil edilmiş dərsdə “Qarabağ” və “Arsak” toponimlərinin etimologiyası araşdırılmış, şagirdlərlə mövzu ətrafında diskusiya aparılmışdır.