112 nömrəli tam orta məktəbdə yeni dərs ilinin başlanması böyük təmtəraqla qeyd olunudu

Bilik günü-ilk zəng, ilk həyəcan, hər tərəfdə gül-çiçək , ağ lentlər və təbii ki şagirdlər ilk dərslərinə “ İdman və sağlamlıq “ , “ Mütaliə - mənəvi zənginliyə aparan yol ” və “ Azərbaycan – inkişaf yollarında” mövzusuna həsr olunmuş dərslərlə davam etdi.Bu gün məktəb həyatına ilk dəfə qədəm qoyan birincilər üçün səbirsizliklə gözlənilən bir gündür. 15 sentyabr-ilk öncə şagirdlər, tələbələr, müəllimlər və təlim-tədris sahəsində çalışan hər kəs üçün yeni tədris ilinin başlandığını qeyd etdikləri bayram günüdür. 112 saylı məktəbin şagird və müəllim kollektivi də bilik gününə xüsusi hazırlaşmışdır. Biz bu il məktəbə başlayan birinciləri,eləcə də bütün şagird və tələbələri,onların valideynlərini ,müəllim olaraq ilk dəfə fəaliyyətə başlayan gəncləri bu gözəl bayram münasibətilə təbrik edirik və onlara tədris müəssisələrində öyrədilənlərlə yanaşı,həyatın öyrətdiyi kamillik elminə də yiyələnmələrini arzulayırıq.Ümid edirik bu gün,hər birimiz üçün unudulmazlar sırasına öz xoş təəssüratları ilə həkk olunacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi