Yel çərşənbəsi

Bu gün məktəbimizin  III B sinfində Yel çərşənbəsi coşqu ilə qeyd olundu. Xalqımızın adət- ənənələrini özündə əks etdirən Milli bayramımız məktəb kollektivi tərəfindən yüksək təbliğ olundu. "Novruz sərgisi" əsl bayram təntənəsi yaratdı. 
İlaxırçərşənbələrdən üçüncüsü - Yel çərşənbəsidir.
Yel dünyanı dolaşır, suyu, odu hərəkətə gətirərək yazın gəlişindən xəbər verir. Yel çərşəbəsinə el arasında “küləkli çərşənbə”, “külək oyadan çərşənbə”, “yelli çərşənbə” də deyirlər. Qədim etiqadlara əsasən, torpağın altında – “qara nəhrdə” yatmış dörd cür külək yer üzərinə çıxaraq, özünü müxtəlif libaslarda göstərir.
Yel çərşənbəsində adətən hava təmizlənir. Gün ərzində küləyin bir neçə dəfə səmtini dəyişməsi onun özünü təmizlənməsi kimi qəbul edilir. 
İnanclara görə, çərşənbə axşamları Tanrı ancaq xoş sözləri eşidir. Ona görə də bu müqəddəs axşamlarda əllərimizi ulu Tanrıya uzadıb dua edək, xalqımıza xoş gün diləyək. Çərşənbəniz mübarək!.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi