" İlin Ən Yaxşı Müəllimi "

4 Fevral 2020-ci il tarixdə məktəbimizdə məktəb rəhbərliyi, "Kiçik Akademiya", "Valideyn - Müəllim - Assosasiyası" nın təşkilatçılığı ilə təltifetmə mərasimi keçirildi. Mərasim Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Ardınca KA və VMA prezidenti Sərxan Şahverdiyev 2 nominasiya üzrə təltifetmə apardı. I nominasiya üzrə KA və VMA-nın I yarım il üzrə işlərində fərqləndiyini görə, II nominasiya isə VMA - nın təşkilatçılığı ilə keçirilən" İlin Ən Yaxşı Müəllimi "müsabiqəsi üzrə idi. I nominasiya üzrə müəllimlərdən - Abdullazadə İlahə, Əliyeva Vüsalə, Ağazadə Mətanət, Quliyeva Şahnaz, şagirdlərdən - Zamanova Arzu, Abbaslı Səma təltif olundu. II nominasiya üzrə Adıgözəlova Mənsurə, Kərimova İradə, Mirzəyeva Şəntürk, Rəcəbova Elnarə, Mustafayeva Lətifə təltif olundu. Bir daha məktəb rəhbərliyi adından müəllimlərimizi və şagirdlərimizi təbrik edir, onlara işlərində müvəffəqiyyətlər arzu edirik.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi