"Gənclər bizim gələcəyimizdir"

3 Fevral 2020-ci il tarixdə məktəbimizdə VIII-X siniflərin iştirakı ilə "Gənclər bizim gələcəyimizdir" adlı tədbir keçirildi. Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə başlandı. Tədbiri açıq elan edən VMA və KA prezidenti Sərxan Şahverdiyev qeyd edib ki, dövlət gənclər siyasəti Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk illərdən başlayaraq daim aparıcı istiqamətlərdən biri olub. Əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasəti ölkə başçısı İlham Əliyev cənabları tərəfindən uğurla həyata keçirilməklə, yeni bir mərhələyə qədəm qoymuşdur. S.Şahverdiyev bildirib ki, gəncliyin potensialından xalqın rifahı və ölkəmizin dayanıqlı inkişafı üçün səmərəli istifadə etmək məqsədilə 2017-ci il 15 sentyabr sərəncamı ilə "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə" Dövlət Proqramının qəbul edilməsi, 2020-ci ilin "Könüllülər ili" elan edilməsi bariz nümunələrdəndir. Sonda S.Şahverdiyev gənclərimizi bir daha təbrik edərək, onlara təhsillərində və fəaliyyətlərində uğurlar arzu edib. Tədbir gənclər siyasəti ilə bağlı olan video çarxla sonlandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi