Məktəbdə açıq dərslər keçirildi

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində “Açıq dərs”lərin keçirilməsinə start verilib.

Təlimə Dəstək Mərkəzi tərəfindən təşkil edilən “Açıq dərs”lərin əsas məqsədi tədris prosesində öyrətmə və öyrənmə mühitinin səmərəli təşkili yolları, təhsildə uğurlu nəticələr əldə etmiş qabaqcıl, yüksək nailiyyətlər qazanmış müəllimlərin təcrübəsini digər həmkarları ilə bölüşməsi, şagirdlərin tədqiqatçılıq bacarığını üzə çıxarılması və müasir təlim texnologiyalarının tətbiqi istiqamətində qabaqcıl təcrübəni formalaşdırmaqdan ibarətdir.  Təcrübə mübadiləsi, fənlərin tədris səviyyəsinin nümayiş etdirilməsi, dərsin planlaşdırılması, qiymətləndirilməsi və bu istiqamətdə müzakirələrin aparılması da əsas komponentlərdəndir.

27 fevral 2018-ci il tarixdə5b,6a,7a,8a,9a siniflərində təbiət fənnləri və fiziki tərbiyyə fənni üzrə açıq dərslər keçirildi.Bu dərslərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Təlimə Dəstək Mərkəzinin nümayəndələri,məktəblərin fənn müəllimləri iştirak etdilər.Dərslər bitdikdən sonra geniş müzakirələr keçirildi və lazımi tövsiyyələr verildi

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi