Ağ ölümün acı sonluğu

    Məktəbimiz şagirdlərin dünyagörüşünü artıran, onların intellektual səviyyəsini genişləndirən bir cox layihələrə imza atıb. Bunlardan biri də SHE ( Sağlamlığı Təşviq edən Məktəblər) layihəsidir. SHE layihəsi çərçivəsində mərkəzin nümayəndələri dəfələrlə şagirdlərimizlə görüşüb onlarla ətraf mühit, gigiyena, zərərli vərdişlərin acı nəticələri sağlam həyat tərzi barədə geniş söhbətlər aparmışlar. Aparılan söhbətlərin nəticəsi olaraq şagirdlərimiz “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı tədbirdə şagirdlər alkaqolun, tütünün və digər psixotrop maddələrin insan səhhətinə vurduğu zərəri tədbir iştirakçılarının nəzərinə çatdırdılar. Tədbir zamanı “Siqaretin acı sonluğu,” “Ağ ölümə kölə olma” adlı səhnəciklər şagirdlərin ifasında nümayiş etdirildi, hazırladıqları videoroliklər təqdim olindu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi