Cəmiyyətin memarı-müəllimlər peşə bayramını qeyd edirlər

Dünyanın bir çox ölkələrində olduğu kimi bu gün 5-oktyabr tarixində ölkəmizdə yeni cəmiyyət qurucuları olan-müəllimlər öz peşə günlərini qeyd edirlər.“Müəllimlər günü” münasibətilə bu gün respublikamızın bütün ümumtəhsil ocaqlarında keçirildi. 5-oktyabr tarixində məktəbimizdə də ənənəvi olaraq “Müəllimlər Günü” yüksək səviyyədə qeyd olundu. Tədbirdə məktəbin direktoru Orucova Şəfayət müəllim, tərbiyə işləri üzrə direktor müavini - təşkilatçı Hüseynova Sərvinaz çıxış edərək müəllimləri peşə bayram münasibətilə təbrik etdilər, onlara işlərində uğurlar və can salığı arzuladılar. Pedaqoji kollektivdə yeni fəaliyyətə başlayan müəllimlərə isə işlərində məsuliyyətli olmağı və müəllim adını şərəflə daşımağı arzuladılar. Tədbir 4a sinfinin müəllimlər üçün hazırladığı bayram konserti ilə davam etdi. Şagirdlər müəllimləri təbrik etmək üçün müxtəlif mahnı, rəqs, şeirlər və səhnəciklər nümayiş etdirdilər. Tədbirin sonunda xatirə şəkli çəkildi və tədbiri təşkil edən 4a sinfinin rəhbəri Hüseynova Minayə müəllimə təşəkkür edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi