Qanlı yanvar

20 yanvar- həmişə Qanlı yanvar adlandırdığımız gün ilk dəfədir ki, 31 ildən sonra ürəyimizdə  bir rahatlıq var. Başladığınız mübarizə yekunlaşıb  şəhidlər. Rahat yatın. Hər birinizin qisası alınıb. 31 il öncə sübut etdiz ki, Azərbaycan xalqı öz  suverinliyi, azadlıgı ugrunda mübarizə aparır cavan, uşaq,yaşlı demədən. 31 il öncə başladıgınız mübarizəni bəlkə o vaxt heç doğulmayan uşaqlar bu gün sərhədlərimizi bərpa etdi. Bu gün biz qalib xalqıq. Bu gün biz özünə əmin olan, öz müstəqilliyini bərpa edən, suverən, unitar Qalib Azərbaycanıq. Ruhunuz şad olsun. Hər il olduğu kimi məktəbimizdə tədbirlər keçirildi, bu il virtual olaraq. Şagirdlər də çıxışlar etdilər. Hər kəs bu yolla şəhidlərimizin qarşısında öz borcunu verməyə çalışırdı sanki. Allah bütün şəhidlərimizə rəhmət etsin. Qazilərimizə şəfa versin. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi