Zəfər gününə həsr olunmuş tədbir keçirildi

Rəhilə Orucova adına 109 saylı tam orta məktəbin 6a sinif şagirdləri M. Rostropoviçlərin Ev Muzeyində 8 noyabr zəfər gününə həsr edilmiş "Şanlı Zəfər" adlı tədbirdə iştirak etdilər. "Dram və Bədii qiraət" dərnəyinin üzvləri olaraq bayram gününə həsr olunmuş “Qələbə Sənindir,  Azərbaycan" ədəbi-bədii kompozisiya və "Zəfər günün mübarək, Vətən" adlı şeir nümunələri ilə çıxış etdilər. Qələbəni tərənnüm edən video çarx nümayiş etdirdilər. Tədbirdə məktəbin şagirdləri Əzizova Jalə,  Əsədzadə Fatimə,  Şahverdiyev Ümid,  Hümmətov Eldar və Əliquliyev Ömər  fəal və uğurlu çıxışlarına görə "Diplom"la mükafatlandırıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi