İcbari tibbi sığorta ilə bağlı maarifləndirici görüş keçirildi

23.10.2023-cü il tarixində 109 nömrəli tam orta məktəbdə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Marketinq və ictimaiyyətlə əlaqələr departamentinin məsləhətçisi Fuad Bayramov tərəfindən icbari tibbi sığorta mövzusunda maarifləndirici görüş keçirildi. Agentliyin əməkdaşı müəllim və valideynlərə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası, icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər, özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası və s. barədə məlumat verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi