Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyi

Azərbaycan Respublikası prezidentinin Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncamına əsasən Azərbaycan xalqının əbədi bədii və mədəni ictimai fikir xəzinəsinə töhfələr bəxş etmiş qüdrətli şeir ustasının yubileyi ilə əlaqədar tədbirlər planında nəzərdə tutulmuş istiqamətlərdə bir çox işlər həyata keçirilir. Ədəbiyyat müəllimi İlhamə İsmayılovanın təşkilatçılığı ilə XI sinif şagirdi Aysel İsmayılova  bu mövzuda videotəqdimat hazırlayıb. Videotəqdimatda dramaturqun həyat və yaradıcılığı haqqında məlumat verilib. Ustad sənətkarın dramaturji irsinin teatr mədəniyyətinin yüksəldilməsinə yol açmasından bəhs edilib. Görkəmli nasir, publisist Əbdürrəhim bəy Haqverdiyevin əsərləri, hekayələri haqqında məlumat verilib.

https://youtu.be/SU2FNkyd3e4

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi