Valideynin məktəbdə bir günü

    Valideynlərin övladlarının təhsil aldıqları müəssisə ilə yaxından tanışlığı mədqsədilə səmərəli platformanın yaradılması, təhsil siyasətinin həyata keçirilməsində aktiv iştirakının təmin olunması, tədris prosesinin təşkilinin təkmilləşdirilməsi istiqaməti üzrə rəy və təkliflərinin əldə edilməsi, pedaqoji heyət və texniki işçi kolektivi ilə yaxından tanışlıq üçün məktəbdə "valideynin məktəbdə bir günü" layihəsi keçirilib. Layihə göstərilmiş program əsasında 09:00-dan valideynlərin məktəbə girişi ilə başlanıb. Daha sonra akt zalında bu dərs ili ərzində görülmüş işlər haqqında məruzə ilə çıxış və məlumatın verilməsi, məktəblə tanışlıq, dərs müşahidələri,valideynlər üçün seminar və bədii hissə ilə davam edib. Valideynlərin rəy və təklifləri əldə edilərək məktəbin prioritet fəaliyyət istiqamətləri müəyyənləşdirilib və layihənin keçirilməsi haqqında hesabatın verilməsi təmin edilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi